Meqan Markl "intihar" haqqında şərhləri ilə gündəmə gəldi

Kral həyatı ilə vidalaşan və ABŞ-da özlərinə yeni səhifə açan şahzadə Harri və Meqan Markl hər zaman gündəmdədir. Keçmişdə intiharı düşündüyünü deyən Markl öz təcrübəsini niyə bölüşdüyünü açıqlayıb.

Sherg.az xəbər verir ki, Məşhur cütlük CBS-nin Sunday Morning proqramının qonağı olub. Cütlük  uşaqlar üçün “Valideynlər Şəbəkəsi” adlı yeni təşəbbüsdən danışıblar.

Markl, "Valideynlər olaraq, etmək istədiyiniz tək şey onları qorumaqdır. Biz nə baş verdiyini gördüyümüz üçün bilirik ki, orada çox işimiz var. Yaxşılığa doğru  dəyişikliyin bir parçası olduğumuz üçün xoşbəxtik" deyə bildirib.

Məşhur cütlük sosial medianın intihar nisbətlərinə təsirinə toxunub.

Markl daha əvvəl oğlu Şahzadə Arçiyə hamilə olarkən oxşar düşüncələrlə mübarizə aparmışdı və "Oprah Winfrey"-ə müsahibəsində  2021-ci ildə İngiltərədə yaşayarkən "artıq yaşamaq istəmədiyini" söyləmişdi.

Markl əlavə edib: "Mən hələ də öz təcrübəmin dərinliyinə varmamışam, amma heç vaxt başqasının belə hiss etməsini istəməzdim . Bu vəziyyətdə olan birinin olmasını istəməzdim". 

Aktyor söyləyib ki, öhdəsindən gəldiyi işləri dilə gətirməyi sevmir,  ancaq birinin həyatını  xilas edəcəksə və ya hər şeyin qaydasında olduğuna əmin olsa,  buna dəyər.

"Opra"ya verdiyi açıqlamada , özünə nə vaxtsa zərər verib-vermədiyini soruşduqda Markl belə cavab verib: "Bu, çox real və qorxulu fikir idi. Harrinin məni necə qucaqladığını xatırlayıram".