"Axmat"ın komandiri: Ukrayna ordusu avqustun 11-də Kursk AES-i ələ keçirməyi planlaşdırırdı

Ukrayna ordusu Kursk Atom-Elektrik Stansiyasını avqustun 11-də ələ keçirməyi planlaşdırırdı.

APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi Hazırlıq İdarəsinin rəis müavini,“Axmat” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Aptı Alaudinov bildirib.

O bildirib ki, Ukrayna ordusuna məxsus texnikanın böyük hissəsi zərərsizləşdirilib:

“Ukrayna prezidenti Zelenskinin “Kurçatov” AES-in ələ keçirilməsinə və bizim həmin əraziləri tərk etməyimizə hesablanan ultimatumu baş tutmadı” – A. Alaudinov belə deyib.