Baydenlə Netanyahu danışdı: İsrailin müdafiəsi...

ABŞ Prezidenti Co Baydenlə İsrail Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

“Prezident və baş nazir ABŞ-ın İrandan gələn bütün təhdidlərə, o cümlədən HƏMAS, Hizbullah və Husilərə qarşı İsrailin müdafiəsini dəstəkləmək üçün fəal və davam edən səylərini müzakirə ediblər. Prezident atəşkəs və girovların azad edilməsi haqqında sazişin təcili başa çatdırılmasının vacibliyini vurğulayıb və qalan maneələrin aradan qaldırılması üçün Qahirədə keçiriləcək danışıqları müzakirə edib”, - məlumatda qeyd olunub