Paşinyan Əliyevin sözlərini təkrarladı, İrəvan qarışdı
Yusif Nəzərli
06:20 02.09.2024
Dünya
407
Ermənistanın Baş naziri Nikool Paşinyan son brifinqində Ruben Vardanyanla bağlı açıqlaması ilə Bakının mövqeyini birbaşa dəstəklədi.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni “azərbaycanşünas” Tatev Ayrapetyan deyib.
O, N.Paşinyanın Vardanyanın həbsini dəstəklədiyini bildirib:
“Paşinyan soruşur ki, Vardanyan Rusiya vətəndaşı idi, sonra birdən bundan imtina etdi və Qarabağa getdi. Onu Qarabağa kim göndərib? Arxasında kim var? Bu, əslində birbaşa Bakının Vardanyanla bağlı mövqeyini dəstəklədiyi deməkdir. O, demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzuda sözlərini cümlə-cümlə təkrarladı”.
Xatırladaq ki, Prezident İlham Əliyev hələ 2022-ci ilin 17 noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən hələ o zaman Qarabağda olan separatçı Ruben Vardanyan haqda danışıb. “Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, - Prezident bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya