
İnsanlar niyə sirkə turşusu içərək intihar edirlər? -Psixoloq səbəblərdən danışdı
10:29 02.09.2024
Sosial
737
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin F. Bayramov küçəsində qeydə alınıb.
Belə ki, 1941-ci il təvəllüdlü M. Babayeva evdə sirkə turşusu içərək zəhərlənib.
Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Babayevanın həyatını xilas etmək mümkün olmayıb.
Yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məsələylə bağlı “Sherg.az”a danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, sirkə turşusunun insan sağlamlığına, qan dövranına, daxili orqanlara faydalılığı haqqında internetdə yazılanları mütəxəssislərdən maraqlanmaq lazımdır:

“Artıq çəkidən xilas olmaq, metobolizmanın sürətləndirməsi üçün, günəş doğarkan və ya axşam yatmadan öncə sirkə içmək barədə dietoloqların verdiyi informasıyanın ölümlərə səbəb olması halları çoxdur. Sirkələrin bir neçə növü var. Faydalı və faydasız. Faydalı olanlar turşu və yeməklərdə, faydasızlar isə sənayedə istifadə edilir. Sirkələri qida və qeyri qida kimi ayırmaq lazımdır. Qeyri qida sirkəni ağıza alarkən diş minasını zədələyib, damağı yandıraraq dişləri yox edə bilər. Həmçinin onu içərkən qida borusu və mədə yanması ola bilər. Hətta bu maddənin qəbulu zamanı ölümün olma ehtimalı da çoxdur. Sirkə alınarkən diqqət edilməlidir. Çünki istifadə üçün yararlı deyilsə, deməli intihar məqsədi üçün istifadə ediləcək".
Psixoloq qeyd edib ki, insan ölə bilən varlıqdır:
"Onun necə ölməsi heç kəsə maraqlı olmamalıdır. Hər kəs bir şəkildə yaşayaraq həyatını sonlandırır. İnanc və mentalitet cəhətdən insanın həyatını özünün sonlandırması doğru hesab edilmir. Ancaq hər bir halda bu onun yaşayışıdır. Onun yaşadığı dönəmdə yaşamaq üçün əlavə stimul vermək isə bizim borcumuzdur. Öləndən sonra isə birirnin ölüm şəklini müşahidə etmək və ona dair müzakirələr aparmaq düzgün deyil. Mənə maraqlıdır ki, intihar edən şəxsin ətrafında onu anlayan, qucaqlayan və arxayınlıq verən bir insan yox idimi? Əgər yox idisə intihar edən şəxs yaşadığı dönəmdə ölmüş sayılır. İndi isə sadəcə fiziki olaraq aramızda yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya