
Cənubi Qafqazda sabitliyin pozulmasının əsas təşəbbüskarları ABŞ və Fransadır -ŞƏRH
10:37 03.09.2024
Siyasət
391
Rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko jurnalistlərə açıqlamasında bildirib ki, Bu gün Cənubi Qafqazda sabitliyi pozan əsas dövlətlər ABŞ və Fransadır.
“Bu o deməkdir ki, Ermənistandakı revanşist qüvvələr genişmiqyaslı hərbi provokasiya törətməklə sülh prosesini pozmağa cəhd edə bilərlər”, - o vurğulayıb. Onun sözlərinə görə, Ermənistan uzaqmənzilli raket sistemlərinin elan edilmiş tədarükü də daxil olmaqla hücum silahları ilə silahlandırılır: “Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının rəhbərləri İrəvana gəlir, həm Nikol Paşinyan, həm də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən qəbul edilirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan subyektivliyini itirib”.
İ.Korotçenko hesab edir ki, bu gün Ermənistan Cənubi Qafqazda Qərbin “Troya atı”dır.
O vurğulayıb ki, NATO və ABŞ-nin məqsədi və vəzifəsi Ermənistan ərazisində qeyri-sabitlik mənbəyi və meydança yaratmaqdır: “Xüsusən də ABŞ bu gün Ermənistanı silahlandırır. Bu yolla irimiqyaslı təxribatlar hazırladıqları göz qabağındadır”.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, Amerika Birləşmiş Ştatları və Fransa kifayət qədər Ermənistana silah verirlər:

"ABŞ-nin Azərbaycandakı səfirliyi bunu inkar etsə də, Ermənistan faktiki olaraq Amerikanın hərbi kontingentidir. Burada Ermənistanı silahlandıran Hindistan kimi başqa ölkələr də mövcuddur. Fransa və ABŞ Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün Ermənistanı silahlandırır. Həmin ölkələr əllərində olan bütün vasitələrlə Ermənistanda yenidən revanşistləri gücləndirməyə çalışırlar. Qərb ölkələri tərəfindən Serj Sarkisyan, Robert Koçaryana və Ermənistana köçən "Qarabağ klanı"na maliyyə dəstəyi ayrılır. Hazırda Cənubi Qafqazda sabitliyin pozulmasının əsas təşəbbüskarları ABŞ və Fransadır. Əgər Ermənistan ABŞ və Fransanın fitvası ilə yenidən regionda münaqişə yaradarsa, həmin ölkələr buna görə cavab verməlidirlər. Ümumiyyətlə Qərb ölkələri baş verən hadisələrə görə özlərində məsuliyyət hiss etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur