ABŞ-nin regiona müdaxilə planı: Ermənistan müxtəlif ölkələr tərəfindən idarə olunan obyektə çevrilir
11:56 04.09.2024
Dünya
498
Ermənistan İstintaq Komitəsinin Ərazi İstintaq İdarələrinin Fəaliyyətinə Nəzarət Baş İdarəsinin keçmiş sədri, ədliyyə general-mayoru Tatul Petrosyan deyib ki, ABŞ Ermənistanın hüquq-mühafizə sistemini tədricən nəzarətə götürür, istintaq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verir və onlardan lazımi əməliyyat və kəşfiyyat məlumatlarını alır. O bildirib ki, vaxtilə Rusiyanın, Avropa ölkələrinin, ABŞ-ın hüquq-mühafizə orqanları ilə təcrübə mübadiləsi prinsipi əsasında görüşlərimiz, qarşılıqlı və işgüzar səfərlərimiz olub. Amma indi gördüyümüz o subardinasiya, o “mentorluq” əvvəllər yox idi. Biz heç vaxt partnyorlarımızın bizimlə tələbə kimi davranmasına icazə vermədik. Tatul Petrosyan bu gün Ermənistanda baş verən prosesləri sistemlərin alqı-satqısı prosesi kimi xarakterizə edib. Tatul bildirib ki, əminəm ki, bütün məlumatlar, kəşfiyyat şəbəkəsi, hətta daxili polis kəşfiyyat şəbəkəsi də ABŞ-a veriləcək. Bütün bunlar dövlət səviyyəsində baş verir. Bunun müqabilində ABŞ İrəvanın atdığı bütün addımları, hətta amerikalıların elan etdiyi demokratiya və insan haqları normalarına zidd olsa belə, rəsmən həvəsləndirir və dəstəkləyir. Nümunə kimi bu il iyunun 12-də polisin etirazçılara qarşı xüsusi vasitələrdən istifadə etməsini və ABŞ səfirliyinin hakimiyyətə loyal münasibətini xatırlatmaq olar deyə fikrini yekunlaşdırıb.
Politoliq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, son vaxtlar Qərb dövlətləri Ermənistanla müxtəlif sahələrdə sıx əməkdaşlıq edir:
“Amma bu əməkdaşlıq daha çox Qərb ölkələrinin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının nüfuzunu Cənubi Qafqazda və Ermənistanda artırmaqdan ibarətdir. ABŞ və Ermənistan arasında hərbi və digər sahələrdə təlimlər keçirilir. Həmin təlimlərin əsas məqsədi Ermənistanın müxtəlif sahələrdə fəaliyyət prinsiplərini Qərb standartlarına uyğunlaşdırmağa hesablanıb. Qərbin niyyəti müəyyən təlimatlarlarla həmin sahələrdə gedən prosesləri nəzarətə götürməkdən ibarətdir. Yəni sözügedən açıqlamalarda bunu göstərir. Təəssüflər olsun ki, Ermənistan müxtəlif ölkələr tərəfindən idarə olunan obyektə çevrilir. Bu isə nəticə etibarilə regionun təhlükəsizliyinə təhdiddir. Çünki regionda xarici faktorlar üzərində siyasi dəsti-xətti müəyyən edən ölkə heç vaxt müstəqil ola bilməz və qonşu dövlətlərə təhlükə törədər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm