İsveçrə ərazisində HAMAS-ın fəaliyyəti qadağan edilib

İsveçrə hökuməti "terror təşkilatı" hesab etdiyi HAMAS-ın ölkədə fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.

İsveçrə hökuməti qadağanı pozanların həbs və ya pul cəzası ilə cəzalandırılacağını açıqlayıb.

Qeyd edək ki, yeni qanuna əsasən, HAMAS və onun davamçı qrupları, həmçinin onun adından və ya maraqları üçün fəaliyyət göstərən təşkilat və qruplar da qadağan ediləcək.