Gürcüstanda radikal müxalifət təxribatlar hazırlayır

Gürcüstanda radikal müxalifət həm parlament seçkisindən əvvəl, həm də sonra iğtişaşlar törətmək üçün təxribatlar hazırlayır.
Oxu.Az-ın "Sputnik Gürcüstan"a istinadən verdiyi məlumata görə, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.
"Biz hər kəsi ciddi şəkildə xəbərdar edirik ki, Gürcüstanda süni şəkildə iğtişaşlar yaratmaq cəhdi ciddi şəkildə cəzalandırılacaq", - deyə o, brifinqdə bildirib.
Kobaxidze əlavə edib ki, müxalifətin seçkidə qələbəyə ümidi yoxdur və seçkidən sonra iğtişaşlara hazırlaşır.