Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranın kapitulyasiyasına nail ola biləcəyini hesab edir.

Bu barədə Oxu.Az "Fox News" telekanalına istinadən məlumat verir.

"Bəli, mənim buna şübhəm yoxdur", - deyə ABŞ lideri jurnalistin İranın təslim olması ehtimalı ilə bağlı sualına cavab verib.

Daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçı bildirmişdi ki, İslam Respublikası hadisələrin istənilən gedişatına - həm ABŞ ilə müharibənin yenidən başlamasına, həm də münaqişənin nizamlanması üçün danışıqlar masasına qayıtmağa hazırdır.