Global Firepower dünyanın ən güclü tank ordularının 2026-cı il reytinqini açıqlayıb.
Sherg.az carici mediaya istinadən xəbər verir ki, siyahıda ilk 10-luqda yer alan ölkələr müəyyənləşərkən, Türkiyənin Avropanın bir sıra güclü dövlətlərini geridə qoyması diqqət çəkib.
Qlobal müdafiə analitiklərinin hazırladığı hesabatda yeni nəsil zirehli texnologiyalar, ağıllı sursat sistemləri və aktiv müdafiə kompleksləri əsas qiymətləndirmə meyarları kimi göstərilib. Hesabata əsasən, dünyanın ən güclü tank ordularına malik ilk 10 ölkə bunlardır:
1. Çin – 5.870 tank
2. Rusiya – 5.630 tank
3. Şimali Koreya – 4.895 tank
4. Amerika Birləşmiş Ştatları – 4.666 tank
5. Hindistan – 3.913 tank
6. Misir – 3.620 tank
7. Pakistan – 2.677 tank
8. İran – 2.675 tank
9. Türkiyə – 2.284 tank
10. Vyetnam – 1.999 tank
Reytinqdə Türkiyə 9-cu sırada qərarlaşıb. Türkiyə bununla da bir sıra Avropa ölkələrini geridə qoyaraq dünyanın ən güclü tank orduları arasında ilk onluqda yer almağı bacarıb.