Putinin Çinə səfərinin tarixi bəlli oldu

Rusiya Prezidenti Vladimir Putinin Çinə səfər tarixi bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putinin 19-20 may tarixlərində Çinə rəsmi səfəri planlaşdırılır.

Qeyd olunub ki, səfər zamanı Putin və Szinpin Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün addımları müzakirə edəcək.

Həmçinin tərəflər beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.