Ukrayna ilə sərhəd bölgələrdə azad iqtisadi zona yaradılır  - Baş nazir təsdiqlədi

Belqorod, Bryansk və Kursk vilayətlərinin müəyyən ərazilərində azad iqtisadi zona (AİZ) rejimi tətbiq olunacaq.
Sherg.az "Ria Novosti"yə istinadən xəbır verir ki, bu barədə baş nazir Mixail Mişustin fərman imzalayıb.

Bu rejimdə işləyənlər gəlir vergisi, əmlak vergisi və sığorta haqları üzrə güzəştlər əldə edəcəklər. Hakimiyyət gözləyir ki, iş adamları maliyyə xərclərini azaldacaq, istehsal olunan məhsulların həcmini artıracaq, mövcud iş yerlərini saxlaya və yeni iş yerləri açacaq, həmçinin sərhəd zonasının sakinlərini bütün lazımi xidmət və məhsullarla təmin edəcək.

Sərhəd zonalarında AİZ yaradılması haqqında federal qanun iyunun 22-də prezident Vladimir Putin tərəfindən imzalanıb.
Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minib. AİZ rejiminin imtiyazlarından istifadə etmək istəyən şirkətlər üçün yeganə tələb bu regionlarda qeydiyyatdan keçmək və ya orada filialın olmasıdər.