“Obama mənə səs verəcək”

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, keçmiş Amerika lideri Barak Obama Kamala Harrisə yox, ona səs verəcək.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.
“Düşünürəm ki, Obama mənə səs verəcək, çünki Kamalanın son dərəcə aşağı intellektli bir insan olması onun xoşuna gəlmir”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, oktyabrın 6-da Barak Obamanın Kamala Harrisin seçki kampaniyasına qatılacağı haqda xəbərlər yayılıb.