Səudiyyə Ərəbistanının əsas ixrac neft kəməri dron hücumuna məruz qalıb

Səudiyyə Ərəbistanı üçün həyati əhəmiyyət kəsb edən, ölkənin şərqi ilə qərbini birləşdirən və nefti sonradan ixrac etmək üçün Fars körfəzindən Qırmızı dənizə nəql edən neft kəməri dron hücumuna məruz qalıb.

Oxu.Az bildirir ki, bu barədə "Financial Times" (FT) nəşri mənbələrə istinadən məlumat verir.

FT-nin məlumatına görə, dron neft nasos stansiyalarından birinə zərbə endirib. Hazırda dronun yetirdiyi fəsadların dərəcəsi müəyyənləşdirilir.

Uzunluğu 1 200 km olan neft kəməri fevralın sonunda İranın Hörmüz boğazını bağlamasından sonra dövlət şirkəti "Saudi Aramco"ya gündəlik yeddi milyon barelə qədər nefti ixrac üçün nəql etməyə imkan verirdi.