3 ölkənin internetini birdən kəsdi! -FOTO

Həbs olunmaq istənən yaşlı qadın

Qadın Ermənistanın bütün internet infrastrukturunu çökdürdü

75 yaşlı Hayastan Şəkəryan meşədə ağac kəsmək istəyərkən yeraltı fiber optik kabeli zədələyib

 İnternet təhsildən tutmuş iş həyatına qədər hər sahədə istifadə olunur. Hətta bir anlıq internet kəsilməsi hər şeyi gecikdirə və alt-üst edə bilir. Gürcüstanda yaşayan bir qadın təsadüfən Ermənistanın bütün internet infrastrukturunu çökdürüb. 5 saatlıq fasilə ilə 3,2 milyon insanın internetə çıxışının qarşısı alınıb. Bəs 75 yaşlı qadın bütün ölkənin internetini necə kəsib?
 Sherg.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında baş verən maraqlı insident qonşu Ermənistanda genişmiqyaslı internet kəsilməsinə səbəb olub. 75 yaşlı Hayastan Şəkəryan adlı qadın meşədə ağac kəsmək istəyərkən yeraltı fiber optik kabeli zədələyib. Bu kabel adi sadə kabel deyildi, Ermənistanın internet trafikinin 90 faizini daşıyırdı.

Yaşlı qadın Georgian Railway Telecom şirkətinə məxsus bu kabeli kəsəndə Ermənistanın bütün 3,2 milyon əhalisi internetdən məhrum olub. Ölkənin aparıcı internet provayderləri normal xidmətlərini göstərməkdə çətinlik çəkərək istifadəçilərini 5 saat internetsiz qoyublar. Televiziyada paytaxt İrəvanda jurnalistlər boş ekranlara baxırdılar. Üstəlik, bu vəziyyət təkcə Ermənistana deyil, Gürcüstanın böyük bir hissəsinə və Azərbaycanın bəzi bölgələrinə də təsir edib. Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında hadisənin necə baş verdiyi açıq-aydın göstərilib. Nazirliyin sözçüsü Zura Qvenetadze, "Cinayətkar yerin altından mis çıxarıb qırıntı kimi satmağa çalışan 75 yaşlı qadındır" deyərək qadının bilmədən etdiyi bu səhvin nəticələrini vurğulayıb. Qadın “əlavə ziyan vurmaq” ittihamı ilə üzləşib. 3 ilə qədər həbs cəzası istənilib. Lakin yaşının çox olması səbəbindən müvəqqəti olaraq azadlığa buraxılıb.

Hayastan Şəkəryan hadisədən sonra çoxlu müsahibələr verib. "Mən internetin nə olduğunu belə bilmirəm" deyən Şəkəryan, "Çox təəssüf edirəm, hər zaman ağlayıram. Sadəcə meşədə odun kəsmək istəyirdim" deyib. Şəkaryanın oğlu anasının dayanmadan ağladığını və onun günahsız olduğunu bildirib. Kabelləri kəsməyə gücüm belə çatmadığını deyən Şəkəryan hər müsahibəsində göz yaşlarına boğulurdu.

Biznes, təhsil və ünsiyyət üçün vazkeçilməz olan internetin adi bir insanın səhvi ucbatından bir ölkənin hər yerindən necə kəsiləcəyi düşündürücüdür. Ermənistanda bu vəziyyət sosial media platformalarında yumoristik şəkildə paylaşılıb, “Bir qadının səhvi ucbatından bütün ölkə internetsiz qaldı” kimi zarafatlar edilib.

Hadisədən sonra Gürcüstan Daxili İşlər Nazirliyi fiber-optik kabelin zədələnməsinin səbəblərini araşdırmaq üçün tədbir görüb. Səlahiyyətlilər kabelin mühafizə səviyyəsinin artırılmasının vacibliyini vurğulayaraq, yeraltı kabellərin qorunmasının vacibliyini xatırladıblar.

Ermənistanda internet kəsilməsi gecə yarısından sonra xidmətlərin bərpası ilə başa çatıb. Lakin 2011-ci ildə baş verən bu maraqlı hadisə internetin kritik bir infrastruktur elementi olduğunu və diqqətli olmaq lazım olduğunu bir daha ortaya qoyan nümunə kimi tarixin tozlu səhifələrində artıq öz yerini tutub.