Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb
Musiqi məktəblərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçid balı aşağı salınıb
13:46 17.10.2024
Mədəniyyət
1097
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.
Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi. Direktor müavinləri üçün isə bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon, Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri üçün isə 50 bal müəyyən olunub.
Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.
Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.
Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.
Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.
Namizədlərin vakansiya seçimindən sonra vakant vəzifələrə yerləşdirilməsi müsabiqə əsasında təşkil ediləcək.
Daha ətraflı məlumatı əldə etmək üçün Qaydalarla tanış ola bilərsiniz
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə