
Həyat yoldaşına jest etdi, sosial mediada gündəm oldu
Yusif Nəzərli
10:07 22.10.2024
Cəmiyyət
420
Türkiyənin Rizə şəhərinin Kalkandere rayonunda çay istehsalçısı Osman Öztürk (48) 28 illik həyat yoldaşı Meryem Öztürkə budanmış bağçasının ortasında ürək formalı yer hazırlayaraq sürpriz edib.
Sherg.az xəbər verir ki, rayonun Ormanlı kəndində Osman-Meryem Öztürk cütlüyü dolanışığını çayçılıqla təmin edir. 28 illik evliliyi müddətində həyat yoldaşına müxtəlif sürprizlər edən Osman Öztürk bu dəfə evinin qarşısındakı yamacdakı çay bağçasını ürək şəklində budamaqla ona sevgisini nümayiş etdirib. Öztürk budandığı bağçanın ortasına ürək formalı yaşıl sahə qoyub.
Evinin eyvanından bu mənzərəni görən 3 uşaq anası Meryem Öztürk təəccübünü gizlədə bilməyib. Bağın fotosu sosial şəbəkədə böyük marağa səbəb olub.
İzləyiciləri fotoya "Çay səni sevirəm", "Rizə sevgisi budur", "Nə edirsən et, sevgiylə et" kimi şərhlər yazıb və cütlüyə xoşbəxtlik arzulayıb.

Həyat yoldaşını çox sevdiyini açıqlayan Osman Öztürk deyib: “Çox gözəl sürprizim oldu. Həyat yoldaşım bunu görəndə çox sevindi. Budama ilə ürək şəklini belə çəkdim. Çox gözəl idi. Mən də xoşbəxt idim. Hərdən həyat yoldaşıma və uşaqlarımı belə təəccübləndirirəm. Həyat yoldaşım həmin an çox həyəcanlı idi. 17-18 ildir budama ilə məşğulam. Mən bu bağda gözəl işlər görməkdən həzz alıram. Sosial şəbəkədə paylaşdılar, sağ olsun dostlar. Fərhat dağları deşib sevgisini bildirəndə mən də bağçamızda ürək şəkli çəkdim".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət