İndiyədək Bakıda və Abşeron belə güclü yağış müşahidə olunmayıb
15:40 22.10.2024
Sosial
409
Məlum olduğu kimi, oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 21-i gündüzdən 22-si səhərədək düşən yağıntının miqdarı Binədə 86 millimetr (aylıq normanın 306 faizi), Maştağada 60 millimetr (aylıq normanın 150 faizi), Pirallahıda 47 millimetr (aylıq normanın 197 faizi), Çilov adasında 37 millimetr (aylıq normanın 159 faizi), Bakıda 32 millimetr (aylıq normanın 114 faizi), Sumqayıtda isə 14 millimetr (aylıq normanın 52 faizini) təşkil edib.
Bu günlərdə müşahidə olunan yağıntının miqdarı aylıq normanın 3,5 misli qədər olub ki, bu da Bakıda və Abşeron yarımadasında indiyədək misli görünməyən intensivlik deməkdir.
Xatırladaq ki, bundan əvvəl intensivliyinə görə ən güclü yağışlar 2019-cu il sentyabrın 3-də qeydə alınıb. Belə ki, həmin gün Sumqayıtda 27 millimetr (aylıq normanın 100 faizi), Bakıda 18 millimetr (aylıq normanın 64 faizi), Maştağada 12 millimetr (aylıq normanın 30 faizi) yağıntı düşüb.
Qeyd edək ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət