DYP yükdaşıma fəaliyyəti göstərənlərə müraciət edib
Yusif Nəzərli
06:40 28.10.2024
Cəmiyyət
312
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib.
İdarədən Sherg.az-a verilən xəbərə görə, müraciətdə deyilir:
"Yol infrastrukturunun qorunması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədilə, ümumi istifadədə olan avtomobil yollarında quraşdırılan elektron tərəzilərin bir qismi istifadəyə verilmişdir.
Qanunvericiliyə əsasən, artıq elektron tərəzilərin istifadəyə verildiyi yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla idarə edilməsinə görə tərtib olunan inzibati tənbeh vermə haqqında qərarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vahid Monitorinq Mərkəzinin məlumatı əsasında elektron qaydada çıxarılır.
Xatırladaq ki, inzibati qanunvericilikdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə - təkrar törədilmə halları da daxil olmaqla, fiziki şəхslərin iki yüz manatdan min iki yüz manatadək, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin isə dörd min manatdan yeddi min manatdək məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsinin, eləcə də icazə verilən qabarit parametrlərinə dair tələblər pozmaqla idarə edilməsinin yol örtüyünün vaxtından tez sıradan çıxmasına, yolun deformasiyaya uğraması nəticəsində qəza ehtimalının dəfələrlə artmasına, digər hərəkət iştirakçıları üçün real təhlükə yaratmasına səbəb olduğunu bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatırır və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndiriləcəyini bildirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol