Şimali Koreya Rusiyaya 10 minə yaxın əsgər göndərib və onlar yaxın həftələrdə Ukrayna yaxınlığındakı rus qoşunlarına qoşula bilər.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinqh deyib.
“Bu əsgərlərdən bəziləri artıq Ukraynaya yaxınlaşıb və biz getdikcə daha çox narahat oluruq ki, Rusiya bu əsgərlərdən döyüşdə istifadə edə və ya onlar Kursk bölgəsində ukraynalı əsgərlərə qarşı döyüş əməliyyatlarını dəstəkləyə bilər”, - o bildirib.