Rusiya və Ukrayna danışıqlara başladı - Tarixi razılaşma!

Ukrayna və Rusiya enerji infrastrukturuna qarşılıqlı hücumlara son qoymaq üçün ilkin danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, avqustda Ukraynanın Kursk vilayətinə hücumu səbəbindən əvvəllər əldə olunmuş razılığın pozulmasından sonra danışıqlar Qətərin vasitəçiliyi ilə bərpa edilib.

Ukraynanın yüksək rütbəli məmurlarının məlumatına görə, artıq hər iki tərəfdən enerji infrastrukturlarına hücumların tezliyində azalma müşahidə olunur ki, bu da ölkələrin kəşfiyyat xidmətlərinin ilkin razılaşmasının nəticəsidir.

Gözlənilir ki, danışıqlar prosesinin gələcək inkişafı hazırkı hərbi münaqişənin həlli imkanlarından və hər iki tərəfin qarşılıqlı şərtlərindən asılı olacaq.

Ukrayna lideri Vladimir Zelenski nəşrə açıqlamasında enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılmasının hərbi əməliyyatların sonunun başlanğıcı ola biləcəyi barədə fikir bildirib.