
İran özünü erməni dövləti kimi aparır - AÇIQLAMA
04:12 01.11.2024
Siyasət
575
COP29 bizə dostlarımızı və düşmənlərimizi daha yaxından tanımağımıza kömək etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, son 10 ay ərzində COP29 Sədrliyinə mümkün olan dəstəyi veriblər ki, Azərbaycan dünyanın ən böyük iqlim konfransına ev sahibliyi etməyə hazır olsun. BMT-nin bu dəstəyi sözsüz ki, təqdirəlayiqdir. Həmçinin dünyanın bir çox ölkələrindən də COP29-a dəstək bəyanatlarının və təşəbbüslərinin şahidi olmaqdayıq. Lakin təəssüf ki, eyni sözü cənub qonşumuz İran haqqında söyləmək mümkün deyil. Görünən budur ki, dünya erməni lobbisi, Avropa Parlamenti, Fransa və ABŞ kimi molla rejimi də COP29 kimi mötəbər qlobal tədbirin ölkəmizdə keçirilməsindən məmnun deyil.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, rəsmi Tehran Azərbaycanın uğurlarına qısqanc və məkrli münasibətini gizlədə bilmir. Ona görə də İran rəsmilərinin, deputatlarının, SEPAH rəhbərliyinin və İran mətbuatının Azərbaycana qarşı təxribatçı bəyanatları, çağırışları davam edir:

"Bu dəfə Tehrandan olan millət vəkili, İran parlamentinin Kənd Təsərrüfatı Komissiyasının sözçüsü Samiyə Rafeyi ölkəmizə qarşı qərəzli fikirlərlə çıxış edib və COP29-la İsrailin əlaqəsi barədə cəfəng iddialar səsləndirib. Deyib ki, "İsrail hökuməti ekoloji sammitin pərdə arxasında rol oynayır və bu, Azərbaycanla İsrailin yaxın münasibətlərindən irəli gəlir". Bu panfarsçı İran rəsmisi daha sonra sərsəm fikirlərini davam etdirərək bildirib ki, indiki məqamda Prezident Məsud Pezeşkianın COP29 sammitində iştirakı məqbul deyil. O, birinci vitse-prezidentin başçılıq etdiyi İran nümayəndə heyətinin bu sammitdə iştirak etməsinin daha yaxşı olacağını vurğulayıb. Göründüyü kimi, iranlı deputatın bu açıqlamasının məzmunu dünya erməni lobbisinin COP29-a qarşı apardığı çirkin əks-təbliğat kampaniyasının üslubuna uyğundur. Başqa sözlə desək, müsəlman qonşumuz olan İran özünü erməni dövləti kimi aparır. COP29 bizə dostlarımızı və düşmənlərimizi daha yaxından tanımağımıza kömək etdi. Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsi dostlarımızı sevindirəcək, düşmənlərimizi məyus edəcək. İran isə təəssüf ki, özünü dost ölkə kimi aparmağı bacarmır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq