Rzayev: "COP29 konfransı günlərində 57 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək"
15:36 01.11.2024
Gündəm
391
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər olacaq.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.
O bildirib ki, hazırda "Koroğlu" metro stansiyası ətrafından 30-dan çox marşrut fəaliyyət göstərir: "Konfrans günlərində bu metro stansiyası ətrafından - "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrut xətləridir. Üzbəüz tərəf isə tamamilə COP29 əməliyyatları üçün istifadə olunacaq.
Həmin 3 marşrut əsasən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcək. "Koroğlu" metro stansiyasına gələn marşrutların əksər hissəsi "Ulduz" metro stansiyası istiqamətinə yönəldiləcək və bu da təxminən 12 marşrut deməkdir. Digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar veriləcək".
A.Rzayev qeyd edib ki, ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşların "Avtovağzal" metro stansiyası istiqamətinə yönəlmələri tövsiyə edilir: "Onlar metro ilə və metro stansiyanın qarşısındakı Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut üzrə şəhərin müxtəlif yerlərinə gedə bilərlər".
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya