Ukrayna hakimiyyəti bu gün bütün ölkəni əhatə edən hava hücumu xəbərdarlığı yayıb.
Baş Qərargah rəisi Andriy Yermak “Putin hazırda Kiyevə raket hücumu edir” deyərkən, Çerniqov bölgəsindən bir raketin paytaxt Kiyevə doğru irəlilədiyi açıqlanıb. Rusiya hücumda ballistik raketlərlə yanaşı, strateji döyüş təyyarələrindən atılan idarə olunan raketlərdən də istifadə edib.
Sherg.az xəbər verir ki, Baş Qərargah rəisi Andriy Yermak paytaxt Kiyevə raket hücumu ilə bağlı xəbərdarlıq edib.
"Putin hazırda Kiyevə raket hücumu həyata keçirir", - Yermak Telegram mesajlaşma proqramında yazıb.
Ukrayna Hərbi Hava Qüvvələri səhər saatlarında raketin ölkənin hava məkanına daxil olduğunu və paytaxta doğru getdiyini bildirib.
Bəyanatda “Diqqət! "Çerniqov vilayətində Kiyev bölgəsinə doğru istiqamətlənən raket var", - məlumatda deyilir.