"İran Yaxın Şərqdə genişmiqyaslı silahlı qarşıdurmada maraqlı deyil, lakin hər zaman öz təhlükəsizliyini təmin edəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.
"Müharibə nə İranın, nə bölgənin, nə də dünyanın maraqlarına uyğundur. Heç bir sağlam düşüncəli insan müharibəyə başlamaq və münaqişəni qızışdırmaq istəməz. Bununla belə, biz istənilən şəraitdə təhlükəsizliyimizə qarşı hər hansı hərəkətə qətiyyətlə cavab verəcəyik" ,- Pezeşkian bildirib.