CHP millət vəkilləri Yerliqayaya hücum etdi

Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) ölkənin daxili işlər naziri Əli Yerliqayaya hücum edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri onun zala daxil olmasına mane olmağa çalışıblar. Nazirə qarşı hücumlar zalda da davam edib. Mühafizəçilər onu izdihamın içərisindən çıxarıblar.

Məlumata görə, millət vəkilləri nazirin son qəyyum təyinatlarına etiraz ediblər.