ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra İrana preventiv xarakterli aviazərbələrin endirilməsini nəzərdən keçirir.
APA-nın xəbərinə görə, bu barədə yazı “The Wall Street Journal”da dərc olunub.
Ona yaxın mənbələrin bildirdiyinə görə, bunda məqsəd rəsmi Tehranın nüvə proqramının icrasından çəkindirməkdir.
Başqa bir iddiaya görə isə o, İsrailin yeni nəsil silah-sursatla təmin olunması da Ağ Evin gələcək rəhbərinin müşavirləri ilə müzakirə etdiyi məsələlərdən biridir.