İsrailin müdafiə naziri İsrael Kats IDF qüvvələrinə Suriya ilə sərhəddəki Hermon dağında möhkəmlənmək barədə göstəriş verib.
APA xəbər verir ki, bu barədə nazirin ofisindən məlumat verilib.
Bu qərar Suriyadakı vəziyyətlə əlaqədar ölkənin təhlükəsizliyinin təminatı ilə əsaslandırılıb.