Təyyarə qəzası məni çox kədərləndirdi - Budris

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Axar.az xəbər verir ki, bu barədə Litva XİN X hesabındakı paylaşımında bildirib.

“Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı xəbər məni çox kədərləndirdi. Litva xalqı adından qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk”- deyə paylaşımında bildirilib.