Premyer Liqanın ən yaxşı hücumu bizdədir...

"Çelsi"nin baş məşqçisi Enzo Mareska komandasının oyunu haqda danışıb.  

QOL.az xəbər verir ki, o, klubun saytına verdiyi açıqlamada deyib: 

"Biz topla və ya topsuz olanda oyunu idarə edə bilirik. Amma biz nəticəni idarə edə bilmirik. Çünki bəzən top qapı tirinə dəyir və qələbə qazana bilmirsən. Zərbələrimiz tez-tez qapı tirinə dəyir, amma bu, xoş hissdir. Çünki bu onu göstərir ki, biz çoxlu qol fürsətləri yaradırıq. Biz istədiyimiz də budur. 

Qollar vururuq, düşünürəm ki, hazırda Premyer Liqanın ən yaxşı hücumu bizdədir. Bəzən qol, bəzən qapıdan kənara vurursan. Düşünmürəm ki, bu cür şeylər təcrübə ilə yaxşılaşır. Daha çox soyuqqanlığın göstəricisidir. Ümid edirəm ki, bəxtimiz daha çox gətirəcək və fürsətlərdən istifadə edəcəyik". 

Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 35 xalla 2-ci yerdədir. Lider "Liverpul"un 39 xalı var.