Suriya rəhbərliyindən təxribat xəbərdarlığı: Əsəd rejiminin ünsürləri...

Suriyanın bəzi şəhərlərində ələvi məbədinə hücumu əks etdirən videonun sosial mediada paylaşılmasından sonra etiraz aksiyaları keçirilib. Nümayişlərdən sonra Homsda komendant saatı elan edilib. 

Sherg.az xəbər verir ki, . Hələbdə bir din xadiminin məzarının zədələndiyinin görüntülərin paylaşılmasından sonra Hama, Homs, Tartus və Latakiyada yüzlərlə insan bir araya toplaşıb. O, şüarlar səsləndirərək nümayiş etdirib.

Homs və Tartusda fəallarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölən və yaralananlar olub. Homsda komendant saatı elan edilib.

Baş verənlərlə bağlı Suriyadakı keçid hökuməti açıqlama verib.
Baş verənlərin devrilmiş rejimin ünsürlərinin həyata keçirdiyi təxribat olduğu bildirilib.

Müvəqqəti hökumətə bağlı təhlükəsizlik qüvvələri son vaxtlar Əsəd rejiminin ölkədə hərbi cinayətlər törətdiyinə dair sübutların axtarışını sürətləndirib.

Ölkənin Daxili İşlər Nazirliyi paylaşılan görüntülərin köhnə olduğunu açıqlayıb. Bəyanatda bildirilib ki, dövlət rəsmiləri dini ocaqların qorunması üçün hər cür səy göstəriblər.

Suriya İnsan Haqları Müşahidə Qrupu da mövzu ilə bağlı paylaşımında görüntülərin Hələbdə çəkildiyini açıqlayıb. Hücumda 5 türbə məmurunun öldüyü də iddia edilir.