ABŞ Azərbaycan hökumətinin Ermənistana yanacaq tədarükünü yüksək qiymətləndirir.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.
Marko Rubio qeyd edib ki, bu addım Azərbaycan tərəfindən atılan mühüm humanitar jestdir və Ermənistan-Azərbaycan arasında əldə olunmuş tarixi sülh sazişinə sadiqliyin göstəricisidir.