Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən ölkə ərazisində bayraqlar yarıya endirilib.
Sherg.az xəbər verir ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə matəm elan edilib.