Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı kitabı açılıb

“Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası ərazisində 26 dekabr tarixində matəm elan olunub.

Sherg.az xəbər verir ki, bu məqsədlə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində bayraqlar endirilib.

Eyni zamanda, səfirlikdə başsağlığı kitabı açılıb.

Başsağlığı qeydləri elektron qaydada [email protected] ünvanında da qəbul ediləcək.