“Qalatasaray” gürcü hücumçuya 17 milyon verməyə hazırdır

"Qalatasaray" "Lion"un futbolçusu Jorj Mikautadzeni heyətinə cəlb etmək istəyir. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İstanbul klubu gürcü hücumçu üçün 17 milyon avro və əlavə bonus ödəməyə hazırdır. Lakin Fransa klubu Mikautadzenin komandaya yayda keçdiyinə görə daha çox pul qazanmaq istəyir. 

Qeyd edək ki, Jorj Mikautadze bu mövsüm "Lion"un heyətində 21 matça çıxaraq 7 qol vurub (həmçinin Bakıda "Qarabağ"a 2 qol vurmuşdu) və 1 qolun ötürməsini edib.