Suriyada amerikalı iki əsgərin və bir mülki tərcüməçinin öldürülməsinə ciddi cavab tədbirləri görüləcək.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
“Hadisə Suriyanın çox təhlükəli bir hissəsində, onların tam nəzarətində olmayan bir yerdə ABŞ-a və Suriyaya qarşı İŞİD hücumu idi. Suriya Prezidenti Əhməd əl-Şara bu hücumdan son dərəcə qəzəbli və narahatdır. Çox ciddi cavab tədbirləri görüləcək”,- Ağ Ev rəhbəri qeyd edib.