Ukrayna hərbçiləri Rusiya qüvvələrinin Xarkov vilayətinin Kupyansk şəhərinə daxil olmaq üçün istifadə etdiyi boru kəmərini dağıdıblar.
Axar.az xəbər verir ki, bu barədə ukraynalı komandir Yuri Fedorenko məlumat yayıb.
"Kəşfiyyat zamanı qeyri-adi, lakin vacib bir logistika kanalı - düşmənin öz şəxsi heyətini Kupyanskın şimalına sızdırmaq üçün istifadə etdiyi bir boru kəməri aşkar etdik. Bu, düşmənə atəş nəzarətini ələ keçirmək üçün qüvvələr toplamağa imkan verən təhlükəsiz bir yol idi", - komandir qeyd edib.