Sinir və ürək üçün xurma yeyin - Həkim

Xurma 2 elementlə zəngindir: maqniy və kaliy.

“Medicina” xəbər verir ki, dietoloq Qalina Volkova meyvənin ürək və sinirlər üçün faydasını açıqlayın.

“Xurma mədə-bağırsaq sisteminə də yaxşı təsir edir. O, mikrofloranı zənginləşdirir. Eləcə də göz zəifliyində effektli olan karotonoidlər xurmada var.

Xurma sinirləri və hüceyrələri bərpa edir, qocalmanın qarşısını alır, xroniki xəstəliklərdə faydalıdır.

Müntəzəm olaraq xurma yemək pis xolesterini azaldır, damarları sağlam tutur.

Xurma antioksidant təsirlidir. Ona görə, stress və sinir pozulması zamanı kömək edir.

Amma xurmanı çox yemək olmaz. Gündə 1-2 ədəd kifayətdir”.