Rusiya FTX-nin əməkdaşları Moskvada Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşlarına və onların ailə üzvlərinə qarşı silsilə sui-qəsdin qarşısını alıb. Sui-qəsd hazırlığını Ukrayna xüsusi xidmət orqanları həyata keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Federal Təhlükəsizlik Xidməti xüsusi hərbi əməliyyatda iştirak edən Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçilərinə, habelə onların ailə üzvlərinə qarşı Ukrayna xüsusi xidmət orqanı tərəfindən həyata keçirilən silsilə sui-qəsdləri dayandırıb. Görülən tədbirlər nəticəsində bu hücumların hazırlanmasında iştirak edən 4 Rusiya vətəndaşı saxlanılıb”, - məlumatda deyilir.