Əsma Əsədin həyatda qalma şansı 50%-dir

Bəşər Əsədin həyat yoldaşının vəziyyəti yaxşı deyil.

Sherg.az “The Telegraph”nəşrinə istinadən xəbər verir ki, Əsma Əsəd qan xərçəngi olan leykoz xəstəliyinin residivinə görə təcridxanaya köçürülüb. Həkimlər onun sağ qalma şansını “50/50” kimi qiymətləndirirlər.

Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün tibb işçiləri onu təcrid ediblər. Ailə ilə birbaşa əlaqədə olanların bildirdiyinə görə, Əsmanın atası Fəvaz Əxras Moskvada qızına qulluq edir.