“Suriyada sabitliyin ən qısa zamanda təmin edilməsi, terrorun özünə yer tapmasının qarşısının alınması, İŞİD və PKK-nın orada vəziyyətə hakim olmaması Türkiyə üçün prioritetdir”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi görüşün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Blinkenlə görüşü zamanı iki ölkənin Suriyanın gələcəyi üçün nələr edə biləcəyini müzakirə ediblər.