Bəşər Əsəd: Nə istefa vermək, nə də ölkəni tərk etmək planım olub

Suriya prezidenti Bəşər Əsəd 8 dekabr, səhər saatlarınadək Dəməşqdə olub.
APA-nın xəbərinə görə, Suriyanın Prezident Dəftərxanasının sosial şəbəkə hesablarında onun adından müraciət paylaşılıb.

B. Əsəd müraciətində qeyd edib ki, onun nə istefa vermək, nə də ölkəni tərk etmək planı olub:

“Dekabrın 8-i, səhər saatlarınadək mən Dəməşqi tərk etməmişəm, belə bir planım ümumiyyətlə olmayıb. Mən Xmeymimdəki hərbi bazaya gedərək fəaliyyətimi orada davam etdirmişəm. Ordu qüvvələri mövqelərini itirdikdən sonra Rusiya tərəfi hərbi bazanın rəhbərliyinə məni dərhal Moskvaya təxliyə etməklə bağlı müraciət göndərib”.