Az da olsa, bələdiyyələrlə bağlı ümidverici xəbərlər var
17:02 19.12.2024
Siyasət
519
Bəzi siyasi partiyaların bu seçkilərdə iştirakına dair normal bir fəaliyyəti yoxdur
Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə layihələr davam etdirilir. Dünən bələdiyyə seçkilərində namizədlərin qeydiyyatı prosesinə dair seminar təşkil olunub. Qeyd edilib ki, bu layihə ənənəvi şəkildə gerçəkləşdirilməklə, onların fəaliyyətinin daha da təkmilləşdirilməsinə mühüm töhfələr verib. Sonuncu belə tədbir qısa müddət əvvəl ölkəmizdə Milli Məclisə seçkilər zamanı reallaşdırılıb. Budəfəki seminar bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydə alınması prosesinin dinamik və intensiv davam etdiyi bir mərhələdə müxtəlif aidiyyəti məsələlərin və təcrübədə ortaya çıxan halların tam praktiki müzakirəsinə həsr olunub.
Seminarda çıxış edən Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov ardıcıl, sistemli şəkildə həyata keçirilən maarifləndirmə layihələrindən danışıb və bu layihələrin azad, ədalətli və şəffaf keçirilməsindəki əhəmiyyətini xüsusi vurğulayıb. Rövzət Qasımov həmçinin bələdiyyə seçkilərində vətəndaşların birbaşa Konstitusiya ilə təsbit edilmiş passiv seçki hüquqlarının daha səmərəli təmin olunmasında dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən işçi qruplarının üzərinə böyük məsuliyyət düşdüyünü xatırladıb. Onların öz vəzifə və səlahiyyətlərini yerinə yetirərkən qanunvericiliyin tələblərinə dəqiqliklə əməl etmələrinin zəruriliyini diqqətə çatdırıb. Nəzərə çatdırılıb ki, 13 siyasi partiya MSK-da öz səlahiyyətli nümayəndələrini qeydiyyatdan keçirməklə, seçkilərdə iştirak edəcəklərini ortaya qoyub.
2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin sayı 6 milyon 52 min 701 ədəd müəyyən edilib. Hazırda Azərbaycanda bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin sayı 5 milyon 876 min 428 nəfərdir. Səsvermə 5 min 734 seçki məntəqəsində təşkil ediləcək. İndiyə qədər 6872 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb, 350-ə yaxın namizəd artıq qeydə alınıb. Müraciət edənlərin 50 faizdən çoxu 21-35 yaş arasında olanlardır.
İqtisadçı-ekspert Razi Abasbəyli deyib ki, ölkədə yerli bələdiyyə seçkiləri keçirilir və siyasi partiyaların təşkilatlanması, kəndlərdən Bakıya qədər strukturlaşmasını şərtləndirən bu seçkidir. Amma heç bir siyasi partiyanın bu seçkilərdə iştirakına dair normal bir fəaliyyət yoxdur: "2025-ci ildən sonra bələdiyyələrlə bağlı yeni qanunlar, yeni səlahiyyətlər veriləcək. Bələdiyyələr qrant ala biləcək. Bələdiyyələrin vergi toplaması üçün yeni qanun layihələri hazırlanıb. Ölkə ərazisindəki qanunsuz tikililərlə bağlı sənədləşmə başlayacaq. Nəticədə bələdiyyələr mülkiyyət hüququ veriləcək yarım milyon mənzil və bu kimi tikililərdən əmlak vergisi toplaya biləcək. Bələdiyyə torpaqlarının icarəyə verilməsi, idarə edilməsi ilə bağlı yeni layihələr həyyata keçiriləcək. Bələdiyyələr müvafiq olaraq layihələr hazırlayaraq qrant ala biləcəklər. Bir sözlə, az da olsa, bələdiyyələrlə bağlı ümidverici xəbərlər var. Amma heç kim az da olsa cəhd etmir. Bələdiyyələrdə 50+1 təmsilçilik imkanları olmasa da, siyasi partiyalar 30 faizlə belə bələdiyyə fəaliyyətinə nəzarət edə, şəffaflığın təmin edilməsinə cəhd göstərə bilər. Bununla da, ən yerlərdə partiyaların təmsilçiləri bələdiyyələrdə işlə təmin olunar. Bundan sonra isə yerli partiya təşkilatları formalaşa bilər. Düşünürəm ki, bu seçkilər hər şeyə rəğmən siyasi partiyalar üçün ən vacib təşkilatlanma seçkisidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya