Aİ liderləri 2024-cü ildə keçirilən son sammitin yekunlarına əsasən hərbi yardım da daxil olmaqla, Ukraynaya dəstəyi davam etdirmək niyyətlərini təsdiqləyiblər.
APA xəbər verir ki, bu barədə sammitin nəticələrinə dair dərc edilən sənəddə məlumat yer alıb.
“Avropa Şurası Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyir. Qurum həmçinin Aİ-nin Ukraynaya və onun xalqına lazım olan müddət ərzində davamlı siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstəyin göstərilməsi üzrə sarsılmaz öhdəliyini bir daha təsdiqləyir”, - məlumatda deyilir.