Türkiyə hərbçiləri İraq və Suriyanın şimalında 11 terrorçu öldürüb

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 11 silahlısı öldürülüb.

“Report” xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında “Fırat Kalkanı” bölgəsində 10 , İraqın şimalında “Pənce-Kilit” əməliyyat rayonunda isə bir terrorçu öldürülüb.