Gürcüstan yeni seçilmiş prezidenti Mixail Kavelaşvili Tiflisdəki prezident sarayından işə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat verib.
Məlumata görə, Kavelaşvili vətəndaşlara yeni il müraciəti yazmağa hazırlaşır.
Həmçinin o yeni ilə bir neçə saat qalmış nümayiş olunacaq telekanala da geniş müsahibə verib.