Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq

ABŞ-ın yeni Prezidenti Donald Trampın ilk sərəncamlarından biri TikTok-la bağlı olacaq.

APA-nın xəbərinə görə, bu barədə Donald Tramp paylaşımında bildirib.

Donald Tramp bəyan edib ki, 20 yanvarda ABŞ-da TikTok-a qadağanın təxirə salınması barədə sərəncam imzalayacaq.

Qeyd edək ki, bu gün ABŞ-da “TikTok” bağlanıb. ABŞ-da 170 milyona yaxın istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün bu ölkədə fəaliyyətini dayandırıb.