Rusiyanın Rostov vilayətində miqrantlara qarşı irimiqyaslı reydlər başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, ən böyük reydlər Oqanova-Osobennoy rayonlarında keçirilir.
“Eto Rostov novosti” Teleqram kanalı yazır ki, polis miqrantlara orduya çağırış vərəqəsi təqdim edir. Vərəqəni almaqdan imtina edənlər isə ölkədən çıxarılır.