Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Bolu vilayətindəki istirahət mərkəzində baş verən faciə ilə bağlı başsağlığı verib.
APA-nın xəbərinə görə, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Boluda yerləşən xizək kurortunda baş vermiş faciə şokedicidir. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmasını arzulayıram”, – Ermənistan hökumətinin başçısı qeyd edib.
Qeyd edək ki, Türkiyədə xizəkçilik mərkəzindəki yanğında 76 nəfər ölüb, ölkədə bir günlük matəm elan olunub.